Siyasət

XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq

8 avqust / 16:55 1 dəq
Xİn
8 avqust / 16:55
Burada sizin reklamınız ola bilər

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında yazılıb.

“Azərbaycan Gürcüstan ilə yaxın tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir”, – deyə bildirilib.

Xatırladaq ki, 2008-ci il avqustun 8-də Rusiya Gürcüstana hərbi müdaxilə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər