Xersonun bir neçə yaşayış məntəqəsi azad edilib
“Ukraynanın Xerson vilayətinin üç kəndi – Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka Rusiya hərbçilərindən azad edilib”.
“Qərb Xəbər” bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, azad olunan ərazilərdə sabitlik yaradılıb: “Təkcə bu günlərdə Xerson vilayətində Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka kimi yaşayış məntəqələri psevdoreferendumdan azad edilib və sabitləşdirilib”, – deyə Prezident bildirib.
Zelenski bildirib ki, ordunun irəliləyişi davam edir. O, həmçinin İranın 6 pilotsuz təyyarəsini vurmağa nail olan Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçülərinin qəhrəmanlığını qeyd edib.




