Hadisə

Xankəndidə Şəhər Günü keçirildi

20 sentyabr / 23:52 2 dəq
Ateşfeşanlıq
20 sentyabr / 23:52
Burada sizin reklamınız ola bilər

Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Xankəndi şəhərində təntənəli konsert proqramı təşkil olunub.

Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən qeyd edilən bu əlamətdar gün xalqımızın qürur və zəfər tarixinin təcəssümü kimi böyük coşqu ilə qeyd edilib.
Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramında tanınmış incəsənət xadimləri, musiqiçilər və rəqs ansamblının kollektivi çıxış ediblər.
Tədbirə həm Xankəndidən, həm də ölkənin müxtəlif bölgələrindən minlərlə insan qatılıb. Şəhər meydanında qurulan səhnədə səslənən musiqilər, ifa olunan mahnılar təqdim edilən rəqs nömrələri, Xankəndinin azad ruhunu əks etdirən konsert proqramı hər kəsdə böyük qürur və fərəh hissi, xoş ovqat yaradıb.
Bu gün Xankəndidə səslənən musiqi sədaları, həm də Azərbaycan xalqının zəfər iradəsinin, doğma torpaqlarımıza qayıdışının sədası olub.
Paylaş
Burada sizin reklamınız ola bilər