Hadisə

Xəzərin Suyu çəkilir-FOTOLAR

21 iyul / 11:03 1 dəq
Whatsapp image 2025 06 25 at 00.15.20 (3)
21 iyul / 11:03
Burada sizin reklamınız ola bilər

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib.

Qerbxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb.

Dəniz səviyyəsinin enməsi xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir.

Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb. 2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb.

Məsələ ilə əlaqədar Qerbxeber.com-un Bakı müxbiri Xəzərin Bakı sahillərinin fotolarını çəkib. Suyun azalması gözlə görünəcək səviyyədədir.

“Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir”, – Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.Whatsapp image 2025 06 25 at 00.15.20 (2)Whatsapp image 2025 06 25 at 00.15.20 (1)Whatsapp image 2025 06 25 at 00.15.20

Paylaş
Burada sizin reklamınız ola bilər