Hadisə

Xəzərdə borudüzən gəmi qəzaya uğrayıb

9 may / 12:45 1 dəq
59736113 10218225122435480 3198518314913497088 n Gəminin qəzadan əvvəlki görüntüsü. Foto: Mehman Mehdiyev / facebook
9 may / 12:45
Burada sizin reklamınız ola bilər

Gəminin qəzadan əvvəlki görüntüsü. Foto: Mehman Mehdiyev / Facebook lXəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib. “Sapiem” şirkətinin icarəyə götürdüyü gəmidə partlayış mayın 8-i 18:30 radələrində olub.

Bu barədə şirkətin özü məlumat yayıb. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və onlar “Citadel” gəmisi vasitəsi ilə Bakıya çatdırılıb.

Şirkətdən bildirilib ki, yanğın tamamilə söndürülüb.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisində qəza borudüzmə zonasında texnolji avadanlıqlarin birində baş verib.

Paylaş
Burada sizin reklamınız ola bilər