Hadisə

Xəzər dənizində zəlzələ oldu-Bakı həyacanlandı

27 avqust / 09:38 1 dəq
Zəlzələ
27 avqust / 09:38
Burada sizin reklamınız ola bilər

Xəzər dənizində zəlzələ olub.

Qerbxeber.com xəbər verir ki, bu haqda Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ Qusar stansiyasından 94 km şimalda, Dağıstan Respublikası ərazisində, 64 km dərinlikdə qeydə alınıb.

Yerli vaxtla saat 00:33-də baş verən zəlzələnin 5.4 bal gücündə olduğu bildirilir.

Zəlzələ Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir çox ərazilərində o cümlədən Quba, Qusar, Xaçmaz, Xudat, Xızı, Şabran, Xankəndi, Ağdam, Füzuli, Gəncə, Nabran, Oğuz kimi rayonlarda 3-4 bal gücündə hiss olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər