Dünya

XəbərƏliyev Paşinyanla görüşə bilər

20 may / 09:43 2 dəq
Indir 2025 05 20t094228.632
20 may / 09:43
Burada sizin reklamınız ola bilər

Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilərlər.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Assambleyasının spikeri Alen Simonyan deyib.

Simonyanın qeyd edib ki, tərəflər sülh prosesinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Siyasətçi jurnalistlərə bildirib ki, bu müzakirələr iki ölkənin dövlət başçıları və xarici işlər nazirlikləri səviyyəsində davam edə bilər.

“Proseslər sülh müqaviləsinin imzalanma yerini və vaxtını müəyyən etməyə yönəlib. Həm erməni tərəfi, həm də beynəlxalq tərəfdaşlar müqavilənin bağlanmasının reallığa çevrilməsi üçün çalışırlar”, – Ermənistan parlamentinin spikeri bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri – Nikol Paşinyan və İlham Əliyevin sonuncu görüşü mayın 16-da Tiranada, Avropa siyasi ictimaiyyətinin sammiti çərçivəsində baş tutub. Tərəflər münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması prosesini müzakirə ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər