Dünya

Volodimir Zelenski Almaniyaya səfər edə bilər

10 aprel / 09:34 1 dəq
80c30ec9 7cc7 36bb 9004 3a0fc7e71324
10 aprel / 09:34
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə münaqişə başlayandan bəri ilk dəfə may ayında Almaniyaya səfər edə bilər.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazıb.

Qeyd olunub ki, Ukrayna Prezidentinin beynəlxalq mükafata layiq görüləcəyi gözlənilir. Ehtimal edilir ki, Böyük Karl Mükafatı şəxsən Zelenskinin özünə təqdim ediləcək.

Nəşrin mənbələri bildirib ki, mərasimdə Almaniya kansleri Olaf Şolts təntənəli nitq söyləyəcək. Eyni zamanda, qəzet cəbhədəki vəziyyətə görə Zelenskinin videobağlantı vasitəsilə mərasimdə iştirak edəcəyini də istisna etmir.

Böyük Karl Mükafatı mayın 18-də təqdim edilməli idi, lakin Şolts Yaponiyada “G-7” sammitində iştirak edəcəyinə görə, mükafatlandırma mərasiminin vaxtı həftəsonuna dəyişdiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər