Dünya

Vens: İran xoş niyyətlə danışıq aparsa, müsbət nəticə olacaq

Dünən / 22:25 1 dəq
Vens
Dünən / 22:25
Burada sizin reklamınız ola bilər

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Pakistanda İranla danışıqların müsbət keçəcəyinə inanır.

Qerbxeber.com xəbər verir ki, o, bu barədə İslamabada yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

“Biz danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, müsbət keçəcək”, – Vens bildirib.

O qeyd edib ki, İran “xoş niyyət”lə danışıqlar aparsa, ABŞ buna mütləq müsbət cavab verəcək.

“Amma bizimlə oyun oynamağa çalışsalar, qarşılarında çox da güzəştə getməyə hazır olmayan bir komandanı görəcəklər. Prezident bizə çox aydın göstərişlər verib, görək necə olacaq”, – Vitse-prezident qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər