Bölgə xəbərləri

“Vaqner” Baxmutu ələ keçirmək üçün hər şeyi edir – Ukrayna SQ nümayəndəsi

5 may / 16:03 1 dəq
55b2e05a 29f9 3d2b 88e7 b67976d55882
5 may / 16:03
Burada sizin reklamınız ola bilər

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Y.Priqojinin açıqlamasına baxmayaraq, Baxmuta hücumlar davam edir: “Rusiya Prezidenti Vladimir Putinin aşpazı diqqət çəkməyə çalışır. Çünki “Vaqner”in silahları tükənir”.

S.Çerevatı söyləyib ki, “Vaqner” muzdlu hərbi təşkilatı mayın 9-na kimi Baxmutu ələ keçirmək üçün hər şeyi edir: “Rusiya Müdafiə Nazirliyi isə “Vaqner”ə onların istədiyi qədər kömək etmir”.

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər