Sosial

Uşaqlara ən çox qoyulan adlar – Siyahı

4 mart / 12:24 1 dəq
F7e0e7c3 59ed 4c1e b21b dc714240669c
4 mart / 12:24
Burada sizin reklamınız ola bilər

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu barədə report-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış uşaqlara cari ilin ötən dövründə qoyulan oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (468),  Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib.

Eyni zamanda cari ilin ötən dövründ qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub.

Paylaş
Burada sizin reklamınız ola bilər