Dünya

Ukraynanın Rusiya ərazisində Britaniya tanklarından istifadə etdiyi güman olunur

15 avqust / 14:19 1 dəq
66bdd21dbfc3e66bdd21dbfc3f172371612566bdd21dbfc3b66bdd21dbfc3c
15 avqust / 14:19
Burada sizin reklamınız ola bilər

Ukrayna ordusunun Rusiyanın ərazisinə Böyük Britaniyaya aid tanklarla daxil olduğu güman edilir.

Qerbxeber.com məlumatına görə, bu barədə “Sky News“da yayımlanan məqalədə bildirilib.

Nəşrin yayımladığı məqalədə qeyd edilir ki, Ukraynanın Kurskda həyata keçirdiyi əməliyyat zamanı əsasən “Challenger-2” markalı tanklardan istifadə edilib.

Krallığın Müdafiə Nazirliyi bu iddianı şərh etməyib.

Bununla belə, Böyük Britaniya Ukraynanın Rusiya ərazisində Britaniya silahlarından istifadə etməkdə azad olduğunu təsdiqləyib.

Qeyd edək ki, Kursk ərazisində Ukraynanın istifadə etdiyi hərbi texnikanın sayı hələ açıqlanmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər