Dünya

Ukraynanın Aİ-yə üzv ola biləcəyi tarix açıqlanıb

30 sentyabr / 09:46 1 dəq
651774340d508651774340d5091696035892651774340d506651774340d507
30 sentyabr / 09:46
Burada sizin reklamınız ola bilər

Ukrayna 2030-cu ilə qədər Aİ-yə daxil ola bilər.

“Qərb Xəbər” xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin Kiyevdəki səfiri Katarina Maternova bildirib.

O, Brüssel tərəfindən nəzərdə tutulan islahatların tamamlanmasını: qanunvericilik, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsi, məhkəmə islahatları və korrupsiyaya qarşı mübarizəni Ukraynanın Aİ-yə daxil olmasının şərti adlandırıb.

“İnanıram ki, Ukrayna Avropa Komissiyasının 2022-ci ilin iyunundakı tövsiyəsində müəyyən etdiyi yeddi addım üzərində işi başa çatdıracaq. Düşünürəm ki, çox çalışsaq, 2030-cu il real hədəfdir”.

Maternovanın sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu ilin dekabrında başlaya bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər