Ukraynada yeni qoşun növü yaradılır
Ukrayna ordusunun tərkibində yeni qoşun növü, kiberqüvvələr yaradıla bilər.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələri kiberməkan imkanlarını inkişaf etdirməyə davam edir”, – məlumatda qeyd edilib.
Ali Rada oktyabrın 7-də “Ukrayna Silahlı Qüvvələrinin Kiberqüvvələri haqqında” qanun layihəsini müzakirəyə çıxarmağı planlaşdırır.




