Dünya

Ukrayna SQ-nin Baş Qərargahı: “Rusiya ordusunun itkilərinin sayı 200 minə yaxınlaşıb”

16 may / 09:45 1 dəq
ADDITION APTOPIX Ukraine Invasion ADDS THAT THE PERSONNEL CARRIER IS RUSSIAN - A Russian armored personnel carrier burns amid damaged and abandoned light utility vehicles after fighting in Kharkiv, Ukraine, Sunday, Feb. 27, 2022. The city authorities said that Ukrainian forces engaged in fighting with Russian troops that entered the country's second-largest city on Sunday. (AP Photo/Marienko Andrew)
16 may / 09:45
Burada sizin reklamınız ola bilər

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 980 hərbçisi məhv edilib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada Rusiyanın 520 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3762 tank, 7 348 zirehli maşın, 2 732 operativ-taktiki PUA, 3150 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 316 hava hücumundan müdafiə sistemi, 973 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 048 avtomobil və tanker, 410 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər