Ukrayna Rusların Krımda yanacaq və yağ daşıyan qatarına hücum edib
Ukrayna Krımda yanacaq və yağ daşıyan yük qatarına hücum edib.
“UNİAN“ xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.
“Müvəqqəti işğal altında olan Krımdakı logistikası dayandırılıb. Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri bu hücumu Cankoy dəmiryolu stansiyaı yaxınlığında həyata keçirib”- məlumatda qeyd olunub.
Bildirilib ki, Ukrayna ordusunun xüsusi əməliyyatları Rusiya qoşunlarının cənub cinahına təminat göndərilməsini çətinləşdirib.




