Ukrayna Rus ordusunun yanacaq stansiyasını partlatdı
Ukrayna ordusu Bryansk vilayətində Rusiya ordusuna yanacaq daşıyan əsas stansiyanı məhv edib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, sözügedən stansiya Rusiya ordusunun ehtiyacları üçün dizel yanacağı ötürürdü.
Qeyd edək ki, stansiyanın illik ötürmə gücü təxminən 10,5 milyon tondur.




