Dünya

Ukrayna Prezidentinə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verilib – Rəsmi Kiyev yeni ittifaqa doğru

9 aprel / 11:19 1 dəq
Zelinski Ursula fon der Lyayen
9 aprel / 11:19
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu vərəqəsini təqdim edib və onun doldurulması Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.

 

“Qərb Xəbər” məlumat verir ki, sənəd Avropa Komissiyasına Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün Aİ Şurasına tövsiyə etməyə imkan verəcək.

Sənəd Avropa İttifaqına tövsiyə xarakteri daşıyacaq. Avropa Komissiyasının rəhbəri sorğunu doldurmağa kömək edəcəyinə söz verib:

“Birlikdə sıx işləsək, bu mövqeyi həmişə olduğu kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər