Xəbər

Ukrayna Polşadan yeni hərbi yardım paketi alacaq

6 aprel / 09:52 1 dəq
C21046ca f87a 35fe 89ad 2ef88f4bb1d5
6 aprel / 09:52
Burada sizin reklamınız ola bilər

“Kiyev və Varşava yeni hərbi yardım paketi haqqında razılığa gəliblər”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna xüsusilə “MiQ-29” təyyarələri, “Rosomak” zirehli transportyorları və “Piorun” zenit-raket kompleksləri alacaq.

“Bu gün biz Polşanın “Rosomak” zirehli transportyorlarının, “Rak” özüyeriyən minaatanlarının, hava hücumundan müdafiə sistemlərinin, xüsusən də Polşanın Baş naziri Mateuş Moravetskinin dediyi kimi, “Perunov”, “MiQ-29” təyyarələr və digər zəruri silahların tədarükü haqqında sənəd imzalayırıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər