Ukrayna ordusu Rusiyanın neft emalı zavodlarını atəşə verdi
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar və Samara bölgələrində yerləşən, rus ordusunu yanacaqla təmin edən neft emalı zavodlarına zərbə endirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Zərbə nəticəsində partlayışlar və yanğınlar qeydə alınıb.
Qeyd edək ki, Krasnodar və Samaradakı neft zavodlarına 3 gündür zərbələr endirilir.




