Dünya

Ukrayna ordusu Rusiyanın hərbi birləşməsini zərərsizləşdirib

15 iyun / 09:01 1 dəq
A0c08b86 ce60 3320 b59e d15340949198
15 iyun / 09:01
Burada sizin reklamınız ola bilər

Ukrayna hərbçiləri Rusiya Federasiyasının 20-ci Əlahiddə Ümumqoşun Ordusunun Luqansk vilayətinin Kremennaya rayonunda yerləşən diviziyasına hücum edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Rusiya mənbələri qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-mayor Suhrab Əhmədovun gəlişini gözlədiyi anda hücuma keçib.

Onlar HIMARS-ın zərbəsi nəticəsində 100-ə yaxın rusiyalı hərbçinin həlak olduğunu, daha 100 nəfərin yaralandığını bildiriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər