Dünya

Ukrayna ordusu Kurskda genişşiqyaslı hücuma başlayıb

5 yanvar / 16:28 1 dəq
Ukrayna ordusu
5 yanvar / 16:28
Burada sizin reklamınız ola bilər

Ukrayna ordusu Sucanın şimal-şərqində – Bolşoye Soldatskoye istiqamətində hücuma keçib.

Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri Kursk vilayətinin qubernatorunun keçmiş müşaviri Roman Alyoxinə istinadla məlumat yayıb.

“Düşmənin Sucadan Bolşoye Soldatskoye istiqamətində hücumu başlayıb, baxmayaraq ki, bu istiqaməti düşmən üçün ən çətin hesab edirdik. Hücumda düşmən minatəmizləmə trallarından, tanklardan və digər zirehli texnikalardan istifadə edir. Düşmən hücum bölgəsini radioelektron mübarizə sistemləri ilə möhkəm bağlayıb, ona görə də pilotsuz təyyarələr yararsızdır”, – Alyoxin bildirib.

Rusiyanın digər hərbi kanalları da hücumu təsdiqləyib. Ukrayna tərəfi hələlik heç bir açıqlama verməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər