Dünya

Ukrayna ordusu Baxmutda əks-hücuma keçib

11 may / 14:32 1 dəq
645ca26ae6999645ca26ae699a1683792490645ca26ae6997645ca26ae6998
11 may / 14:32
Burada sizin reklamınız ola bilər

Ötən gün Rusiya qüvvələrinə böyük itkilər verdirən Ukrayna hərbçiləri Baxmutda effektiv əks-hücum həyata keçirir.

“Qərb Xəbər” CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun məlumatında bildirilib.

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin də Ukrayna ordusunun Baxmut şəhərinin cənubunda irəliləyə bilməsini təsdiqləyib. O, Rusiya bölmələrinin ukraynalılarla döyüşdən qaçdığını, bunun isə öz muzdluları arasında çoxlu itkilərə yol açdığını vurğulayıb:

“72-ci briqada sadəcə olaraq buradan qaçıb”, – Priqojin deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər