Dünya

Ukrayna kütləvi raket hücumuna məruz qalıb,ölənlər var

24 aprel / 10:05 1 dəq
Indir 2025 04 24t100435.186
24 aprel / 10:05
Burada sizin reklamınız ola bilər

Ötən gecə Ukrayna Rusiya tərəfindən kütləvi hücuma məruz qalıb, Kiyevdə zərbələr nəticəsində çoxlu insan ölüb, onlarla insan yaralanıb.

Qerbxeber.com xəbər verir ki, Ukrayna Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, bu gün səhər saatlarına olan məlumata görə, 9 nəfər həlak olub.

Bundan başqa hava zərbələri nəticəsində 63 nəfərin xəsarət aldığı bildirilir ki, onlardan da 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib.

“Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, – məlumatda bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər