“Ukrayna haqlı mübarizəsində tək qoyuldu” – Ərdoğandan Qərbə etiraz
“Ukraynanın ərazi bütövlüyünə qarşı atılan addımları qəbul etmirik”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.
“Ukrayna haqlı mübarizəsində tək qoyuldu. Evlərini tərk edən mülki şəxsləri, qorxu və narahatlıqdolu uşaqları, xaraba olan şəhərləri, ölən dinc şəxsləri gördükcə kədərimiz artır”, – deyə Ərdoğan söyləyib.




