Ukrayna Ərəb ölkələrinə bu dronları satacaq-Zelenski
Ukrayna Fars körfəzi ölkələri ilə dəniz dronlarının tədarükü məsələsində razılığa gəlib.
Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Hesab edirəm ki, bunlar tarixi müqavilələrdir. Biz digər sahələrdə strateji əməkdaşlıq barədə danışıqlar aparırıq. Söhbət on illik müqavilələrdən gedir. Əlbəttə ki, bu, qarşılıqlı yardımdır. Biz təkcə hava hücumundan müdafiə sisteminin təcrübəsinə deyil, həm də dəniz dronlarından istifadə edərək dəniz ticarət yollarının açılmasında təcrübəyə malikik. Bu təcrübə Hörmüz boğazının açılmasına kömək edə bilərmi? Biz bu məsələni qaldırdıq, çünki gördüyümüz kimi, enerji böhranı bütün dünya üçün həssas və təcili bir məsələdir.
Onlar bilirlər ki, bu sahədə bizim təcrübəmizə güvənə bilərlər”, – Zelenski bildirib.





