Dünya

Ukrayna cəbhəyə müzdlu döyüşçulər gətirib-İDDİA

30 avqust / 10:47 2 dəq
Ukrayna Ordusu1645698222 2
30 avqust / 10:47
Burada sizin reklamınız ola bilər

Rusiya təhlükəsizlik orqanlarının məlumatına görə, Çasov Yarın Rusiya qoşunları tərəfindən nəzarətə götürülməsindən sonra Ukrayna tərəfi yaşayış məntəqəsinin kənarına xarici muzdluları yerləşdirib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“Bu muzdlular arasında Polşa və Afrika mənşəli şəxslər də yer alır. Radio rabitəsində polyak dili eşidilib. Eyni zamanda, pilotsuz uçuş aparatları vasitəsilə qaradərili hərbçilər müşahidə olunub”, – deyə mənbə bildirib.

Mənbə əlavə edib ki, ilin əvvəlində, Çasov Yar ətrafında intensiv döyüşlərin getdiyi dövrdə radio kəsişmələrində Latın Amerikası ölkələrinə xas dillər də qeydə alınıb. Onun sözlərinə görə, bölgədəki xarici muzdlular şiddətli müqavimətlə üzləşib və qısa müddət ərzində döyüş mövqelərini tərk etməli olublar.

Rusiya Müdafiə Nazirliyi 31 iyul tarixində Çasov Yarın tam nəzarətə götürüldüyünü açıqlayıb. Nazirliyin məlumatına görə, bu şəhər Donbass bölgəsində Ukrayna Silahlı Qüvvələrinin ən möhkəmləndirilmiş müdafiə xətlərindən biri olub. Bir ildən artıq davam edən döyüşlər nəticəsində Ukrayna tərəfinin təxminən 7,500 hərbçi, 11 tank və 55 zirehli texnikasını itirdiyi iddia olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər