Bölgə xəbərləri

Ukrayna Baş Qərargahı: Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir

25 fevral / 11:36 1 dəq
1677304988 891568 c9bc56c3 1802 3ded 9c6a 1787ed8f21a1 850 450x250
25 fevral / 11:36
Burada sizin reklamınız ola bilər

“Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir”.

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, səfərbərliyə cəlb olunanların mümkün fərariliyi və ya təxribatlarının qarşısını almaq üçün xüsusi təyinatlı alayın 200-dək polisi Baxmut istiqamətinə göndərilib.

Məlumatda həmçinin Müdafiə Qüvvələrinin bölmələrinin gün ərzində 1 Mi-24 hücum helikopterini və düşmənin 4 hava hücumundan müdafiə sisemini məhv etdiyi bildirilib:

“Ukrayna aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 20 zərbə endirib. Topçularımız və reaktiv yaylım atəş sistemlərimiz idarəetmə məntəqəsinə, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 əraziyə və 3 sursat anbarına zərbələr endirib”.

Operativ məlumatda qeyd olunub ki, son sutkada qarşı tərəfin 70-ə yaxın hücumu dəf edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər