Dünya

Ukrayna Aİ və ABŞ-dən təcili yardım istəyib

19 mart / 09:18 1 dəq
Images 2024 03 19T091730.483
19 mart / 09:18
Burada sizin reklamınız ola bilər

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı (Aİ) və ABŞ-dən Kiyev üçün təcili yardım istəyib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

Onun sözlərinə görə, nazirlə söhbətdən sonra məlum olub ki, Aİ və ABŞ qərarın qəbulunu sürətləndirməlidir.

Borrell əlavə edib ki, Avropa İttifaqının Ukraynaya ayırdığı beş milyard avro Çexiya və qurumun digər ölkələrinin Aİ hüdudlarından kənarda sursat almaq təşəbbüsü çərçivəsində mərmilərin tədarükü üçün istifadə edilə bilər.

Onun sözlərinə görə, bu vəsait Avropanın hərbi sənayesini deyil, Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər