Dünya

Türkiyəli nazir bu gün Bakıya gəlir

18 oktyabr / 10:47 1 dəq
4cc8b219 d943 3440 aef8 5649d2771c07
18 oktyabr / 10:47
Burada sizin reklamınız ola bilər

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bu gün Bakıya gəlir.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Tərəflərin ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir.

Qonaq Şəhidlər Xiyabanını və Bakıdakı “Türk Şəhidliyi” abidəsini ziyarət edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər