Bölgə xəbərləri

Türkiyədə güclü zəlzələ nəticəsində xəsarət alanlar var

23 noyabr / 08:54 1 dəq
Indir 2022 11 23T085356.269
23 noyabr / 08:54
Burada sizin reklamınız ola bilər

Türkiyənin Düzce vilayətində bu gün səhər saatlarında zəlzələ baş verib. “Qərb Xəbər” TGRT kanalına istinadən  xəbər verir ki, umumilikdə 70 təkan qeydə alınıb. İlk təkanlar Rixter şkalası üzrə  4,2-4,5  bal gücündə olsada, sonuncu təkanlar 5,9 bala qədər yüksəlib. Baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb. Bəzi köhnə evlərdə dağıntılar var. Müxtəlif məhəllələrdə elektrik enerjisinin verilməsində fasilələr yaşanıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir. Qeyd edək ki, 1999-cu ilin noyabr ayında da bu vilayətdə güclü zəlzələ baş verib.

Paylaş
Burada sizin reklamınız ola bilər