Dünya

Türkiyədə dolların məzənnəsi 31 TL-yə yaxınlaşıb

21 fevral / 11:14 1 dəq
65d5a0464daaa65d5a0464daab170849901465d5a0464daa865d5a0464daa9
21 fevral / 11:14
Burada sizin reklamınız ola bilər

Fevralın 21-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib.

Qerbxeber.com xəbər verir ki, Türkiyədə dollar 30,96 TL, avro isə 33,50 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 2,5%, son 6 ayda isə 14% bahalaşıb. Avroda isə müvafiq olaraq 1,7% və 15% bahalaşma müşahidə edilib.

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 30,84 TL, satış üzrə 30,89 TL müəyyən edib.

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının fevralın 21-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0550 manata ticarət edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər