Siyasət

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib

30 iyul / 15:38 1 dəq
9ec329f7 2256 3217 ae70 702d4a77a128
30 iyul / 15:38
Burada sizin reklamınız ola bilər

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Qerbxeber.com bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.

Paylaş
Burada sizin reklamınız ola bilər