Dünya

Türkiyə Prezidenti sentyabrda Rusiya lideri ilə görüşə bilər

21 avqust / 16:27 1 dəq
64e34ddc1ed8b64e34ddc1ed8c169261820464e34ddc1ed8964e34ddc1ed8a
21 avqust / 16:27
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Rusiya lideri Vladimir Putinlə görüşə bilər.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyə lideri Macarıstan səfərinin ardınca jurnalistlərlə görüşündə bildirib.

Ərdoğan qeyd edib ki, Putinlə üz-üzə görüşməyi gözləyir və mümkündür ki, yaxın zamanda Türkiyə XİN rəhbəri Rusiyaya getsin və həmçinin, “taxıl sazişi” üzrə işi davam etdirsin.

Türkiyə Prezidenti onu da əlavə edib ki, gərgin iş qrafikini nəzərə alaraq həm Türkiyə, həm də Rusiya tərəfi fürsət taparsa, iki liderin görüşü baş tutacaq. Belə ki, gələn ay Hindistanda G20 sammiti və ABŞ-da BMT Baş Assambleyasının sessiyası keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər