Dünya

Türkiyə PA: “Ərdoğan və Putinin görüşünə hazırlıq gedir”

9 yanvar / 11:27 1 dəq
A4d6f956 dbd0 385e a0f8 83f3299a5531
9 yanvar / 11:27
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşə hazırlıq gedir.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından (PA) bildirilib.

Qeyd olunub ki, iki ölkə liderinin görüşünün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

“Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir razılıq yoxdur”, – Türkiyə Prezident Administrasiyasından bildirilib.

Xatırladaq ki, V.Putin 2024-cü ilin əvvəlində R.T.Ərdoğanla görüş planlaşdırdığını bildirmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər