Bölgə xəbərləri

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası bu gün keçiriləcək

6 iyun / 13:29 1 dəq
352400087 157886653812167 7186992552048031699 n
6 iyun / 13:29
Burada sizin reklamınız ola bilər

Bu gün Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək.

İclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

Prioritet mövzulardan iqtisadiyyatdakı son vəziyyət, inflyasiyanın birrəqəmli həddə endirilməsi üçün atılacaq addımlar, seçki dövründə evdar qadınlara pensiya, vergisiz telefon, faizsiz evlilik krediti kimi vədlərlə bağlı planlaşmanın müzakirə ediləcəyi gözlənilir.

Nazirlər Kabinetinin iclasında xarici siyasətlə bağlı digər mövzular, həmçinin də İsveçin NATO-ya üzvlük məsələsi müzakirə olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər