Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçirilib.

Qerbxeber.com xəbər verir ki, E qrupunda yer alan Türkiyə millisi səfərdə Bolqarıstanı darmadağın edib – 6:1.

Matçda hesabı 11-ci dəqiqədə Arda Gülər açıb, cəmi iki dəqiqə sonra isə Radoslav Kirilov bərabərlik qolunu vurub.

49-cu dəqiqədə bolqarların müdafiəçisi Viktor Popov avtoqol müəllifi olub. “Ay-ulduzlu” komandanın digər qollarını isə Kənan Yıldız (51, 56), Zeki Çelik (65) və İrfan Can Kahveci (90+3) vurub.

Eyni qrupun digər görüşündə İspaniya doğma meydanında Gürcüstanı 2:0 hesabı ilə üstələyib.

DÇ-2026

Seçmə mərhələ

11 oktyabr

E qrupu

22:45 Bolqarıstan – Türkiyə 1:6

22:45 İspaniya – Gürcüstan 2:0

Xal durumu: İspaniya – 9, Türkiyə – 6, Gürcüstan – 3, Bolqarıstan – 0.

F qrupu

20:00 Macarıstan – Ermənistan 2:0

22:45 Portuqaliya – İrlandiya 1:0

Xal durumu: Portuqaliya – 9, Macarıstan – 4, Ermənistan – 3, İrlandiya – 1.

I qrupu

20:00 Norveç – İsrail 5:0

22:45 Estoniya – İtaliya 1:3

Xal durumu: Norveç – 18, İtaliya – 12, İsrail – 9, Estoniya – 3, Moldova – 0.

K qrupu

17:00 Latviya – Andorra 2:2

22:45 Serbiya – Albaniya 0:1

Xal durumu: İngiltərə – 15, Albaniya – 11, Serbiya – 7, Latviya – 5, Andorra – 1.