Bölgə xəbərləri

Türkiyə lideri: “Qafqazdakı problemlər həllini tapır”

11 yanvar / 16:53 1 dəq
2c00be5e d093 36cc a98d 39acd4eba58f
11 yanvar / 16:53
Burada sizin reklamınız ola bilər

“Taxıl dəhlizi” və əsir mübadiləsinə şərait yaratmaqla qida və eneji böhranının azalmasına töhfə veririk”.

“Qərb Xəbər” bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 11-də Ankarada Beynəlxalq Ombudsmanlıq Konfransında çıxışı zamanı deyib.

O, bu məsələlərlə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinlə apardığı danışıqlara da toxunub: “Putin xahiş edib ki, taxıl varlı Avropa ölkələrinə yox, kasıb ölkələrə daşınsın. Düzü, mən də bununla razılaşdım. Beləliklə, proses başladı. İndi də yaralılar üçün humanitar dəhlizin açılmaısnı istəyirik”.

R.T.Ərdoğanın sözlərinə görə, Azərbaycan və Liviyada yaralananların müalicəsi də Türkiyədə olub: “Bu bizim vəzifəmizdir”.

Türkiyə lideri onu da bildirib ki, Qafqazdakı problemlər həllini tapır.

Paylaş
Burada sizin reklamınız ola bilər