Dünya

Türkiyə ilk milli rabitə peykini orbitə buraxıb

9 iyul / 12:09 1 dəq
668ceab56d3e4668ceab56d3e51720511157668ceab56d3e2668ceab56d3e3
9 iyul / 12:09
Burada sizin reklamınız ola bilər

Türkiyə “Turksat 6A” ilk milli rabitə peykini orbitə buraxıb.

Qerbxeber.com “Anadolu” agentliyinə istinadən xəbərinə görə, proses ABŞ-nin Florida ştatı ərazisindən “Falcon” raketi vasitəsilə həyata keçirilib.

Yeni rabitə peyki Avropa və Cənubi Asiya ölkələrini əhatə etməklə, Türkiyəyə məxsus peyklərin auditoriyasını 5 milyard nəfərədək artırmağa imkan verəcək.

Qeyd edək ki, 2000-ci ildən kosmik proqramını aktiv şəkildə genişləndirən Türkiyə tərəfi indiyədək fəzaya 9 ədəd peyk və müşahidə cihazı çıxarıb.

Paylaş
Burada sizin reklamınız ola bilər