Türkiyə Baş Qərargah rəisi Azərbaycana gələcək
Türkiyənin Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək.
Qerbxeber.com xəbər verir ki, Səlçuk Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını bolşeviklərdən azad etməsinin 107-ci ildönümü münasibəti ilə sentyabrın 15-də Türk və Azərbaycan şəhidliklərində keçiriləcək anım mərasimində iştirak edəcək.




