“Turan Tovuz” son dəqiqə qələbə qazandı
Misli Premyer Liqasının I turunda ikinci oyun keçirilib.
Qerbxeber.com xəbər verir ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” “İmişli”nin qonağı olub.
Görüşdə yeganə qolu “Turan Tovuz”un heyətində 90+9-cu dəqiqədə Roberto Olabeni vurub.
Qeyd edək ki, ötən gün “Karvan-Yevlax” və “Qəbələ” komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib – 1:1.




