Bölgə xəbərləri

“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

7 dekabr / 16:26 1 dəq
7a8bafc9 9324 3176 ba28 fea64e34138a
7 dekabr / 16:26
Burada sizin reklamınız ola bilər

“Turan Tovuz” klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

“Qərb Xəbər” in “Report”a istinadən verilən məlumata görə, Premyer Liqa təmsilçisi  2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.

Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ bəlli deyil.

Qeyd edək ki, Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

Paylaş
Burada sizin reklamınız ola bilər