Bölgə xəbərləri

“Turan Tovuz” daha bir futbolçu ilə razılaşdı

19 may / 17:28 1 dəq
1684500838 turan tov
19 may / 17:28
Burada sizin reklamınız ola bilər

“Turan Tovuz” ötən yay heyətinə cəlb etdiyi Ayxan Quseynovu komandada saxlayacaq.

Bölgə klubunun rəhbərliyi yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmaq üçün bir müddətdir danışıq aparır.

“Zenit”in yetirməsi ilə artıq razılıq əldə edilib. 23 yaşlı futbolçu növbəti mövsümü də Tovuz klubunda keçirəcək.

Qeyd edək ki, onun hazırkı komandası ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatırdı. “Leninqradets”, “Nijniy Novqorod”, “Dolqoprudnıy”, “Ximki”də oynamış Quseynov Azərbaycan çempionatında legioner statusu ilə oynayır.

Paylaş
Burada sizin reklamınız ola bilər