Kateqoriyasız

Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində “həbs” qərarı verilib

3 iyun / 14:39 1 dəq
683d94b0385e8683d94b0385e91748866224683d94b0385e6683d94b0385e7
3 iyun / 14:39
Burada sizin reklamınız ola bilər

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.

Qerbxeber.com-un məlumatına görə, Baş Prokurorluğun təqidmatlarına Binəqədi rayon Məhkəməsində baxılıb, məhkəmə təqdimatları təmin edib. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər