Dünya

Trüdo: ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandırır

4 fevral / 09:18 1 dəq
599fc300 804b 4b56 Aa1e C524832fa2bf 850
4 fevral / 09:18
Burada sizin reklamınız ola bilər

ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandıracaq.

Qerbxeber.com xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo “X”də yazıb.

“Təklif olunan tariflərin tətbiqi ən azı 30 gün müddətinə dayandırılacaq”, – Trüdo qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində qanunsuz miqrasiya və narkotik ticarətinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Meksika ilə sərhədə 10 min hərbçinin yerləşdirilməsinə razılıq müqabilində həmin ölkənin mallarına tətbiq edilən rüsumların bir ay müddətinə dayandırıldığını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər