Trampın Rusiyanı sanksiya ilə hədələməsinə Kreml belə cavab verdi
Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə 50 gün ərzində razılaşma əldə olunmayacağı təqdirdə, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdidinə cavab verib.
Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Trampın bəyanatını çox ciddi adlandırıb.
“ABŞ Prezidentinin bəyanatı olduqca ciddidir, orada nəsə şəxsən Prezident Putinə ünvanlanıb. Vaşinqtonda deyilənləri təhlil etmək üçün bizə əlbəttə ki, vaxt lazımdır. Əgər prezident Putin lazım bilsə, o, mütləq buna münasibət bildirəcək. Mən qabağa qaçmaq istəməzdim və gəlin Putinin bu barədə özünün şərh verib-verməyəcəyi ilə bağlı qərarını gözləyək”, – Kremlin sözçüsü vurğulayıb.




