Trampı 34 ittiham üzrə 136 ilə qədər həbs gözləyir – “Fox News”
Official portrait of President Donald J. Trump, Friday, October 6, 2017. (Official White House photo by Shealah Craighead)
ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı, aprelin 4-də Manhetten Cinayət məhkəməsində (Nyu York) ona qarşı ittiham irəli sürülən biznes sənədləşməsini saxtalaşdırmaqla bağlı bütün 34 cinayət ittihamı üzrə ümumilikdə 136 ilə qədər həbs cəzası gözləyir.
Bu hesablamanı “Fox News” dərc edib.
Tramp cinayət ittihamı ilə üzləşən və özünü təqsirli bilməyən ilk ABŞ prezidenti oldu.
Jurnalistlər qeyd ediblər ki, Tramp 34 maddənin birində və ya hamısında təqsirli bilinərsə, faktiki cəza xeyli az olacaq. Biznes sənədlərinin saxtalaşdırılması Nyu York qanunlarına görə, cinayət hesab edilir, lakin başqa bir cinayət törətmək və ya başqa bir cinayəti ört-basdır etməyə cəhd etmək niyyətindəsinizsə, bu, maksimum dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası olan cinayətdir.
CNN xəbər verir ki, ittiham aktından sonra Tramp Floridaya qayıdıb və Mar-a-Laqoda açıq şəkildə ittiham aktına qarşı çıxış edib. O, 2024-cü ildə yenidən namizədliyini irəli sürdüyü zaman bu iddialarla mübarizə aparmaq niyyətində olduğunu bildirib. Keçmiş prezident Manhetten dairəsinin prokuroru Alvin Braqqı və hakimin özünü tənqid edib.
“Mən heç vaxt bunun Amerikada baş verə biləcəyini düşünmədim, bunun ümumiyyətlə, baş verə biləcəyini heç düşünmədim. Etdiyim yeganə cinayət millətimizi məhv etmək istəyənlərdən qorxmadan müdafiə etməkdir”.
Trampın vəkillərinin avqustun 8-nə kimi vəsatətlər vermə imkanı var, verilən vəsatətlərə ittiham tərəfi sentyabrın 19-na kimi cavab verməlidir. Hakim Xuan Merçan dekabrın 4-nə təyin edilmiş növbəti məhkəmə iclasında təqdim edilmiş vəsatətlərə dair fikir bildirəcək.




