Tramp:ABŞ iki həftə ərzində Ukrayna-Rusiya müharibəsinə yanaşmasını dəyişə bilər
ABŞ sülh yolu ilə münaqişənin həllinin mümkün olmayacağına qərar verərsə, təxminən iki həftə ərzində Rusiyaya və Ukraynadakı müharibəyə münasibətini dəyişə bilər.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Amerika radiostansiyalarından birinə müsahibəsində ABŞ lideri Donald Tramp deyib.
Ağ Ev rəhbəri bildirib: “Deyərdim ki, iki həftə ərzində bu və ya digər şəkildə bəzi məsələlərə aydınlıq gələcək. Bundan sonra fərqli yanaşmamız ola bilər”.
ABŞ administrasiyasının rəhbəri təfərrüatlar barədə açıqlama verməyib.




