Siyasət

Tramp : Venesuela hökumətini devirməkdən söz gedə bilməz

6 sentyabr / 03:02 1 dəq
Tramp yeni
6 sentyabr / 03:02
Burada sizin reklamınız ola bilər

Vaşinqtonda Venesuela hökumətini devirmək məsələsi müzakirə olunmur.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib.

“Biz bu barədə danışmırıq”, – o, ABŞ-nin Venesuelada rejim dəyişikliyini istəyib-istəmədiyi barədə suallı cavablandırarkən söyləyib.

Tramp iddia edib ki, Venesueladan ABŞ ərazisinə “milyardlarla dollar dəyərində narkotik maddə partiyaları”, həmçinin cinayətkarlar gəlir.

“Venesuela çox pis davranır, biz bunu başa düşürük. O gəmidə (ABŞ HHQ-nin zərbə endirdiyi – red.) daşınan torbalarda Birləşmiş Ştatların yüz minlərlə sakininin ölümü var idi”, – prezident bildirib.

Bundan əlavə, Ağ Ev rəhbəri ABŞ donanmasına təhlükə yaradacaq Venesuela hərbi təyyarələrinin vurulacağını bəyan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər