Dünya

Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib

29 yanvar / 13:31 1 dəq
679972f996bd7679972f996bd81738109689679972f996bd3679972f996bd5
29 yanvar / 13:31
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edən fərman imzalayıb.

Qerbxeber.com xəbər verir ki, bu haqda Ağ Evin yaydığı bəyanatda deyilir.

Tramp məsələ ilə bağlı açıqlamasında bu tendensiyanın ABŞ və cəmiyyət üçün təhlükə yaratdığını vurğulayıb.

“Ölkə boyu həkimlər bir sıra geri dönməz tibbi müdaxilələr vasitəsilə cinsini dəyişdirə biləcəkləri bəhanəsi ilə getdikcə daha çox uşağı şikəst edirlər. Buna son qoyulmalıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, fərman 19 yaşına çatmamış xəstələrin əməliyyatları və ya hormon terapiyası üçün dövlət vəsaitindən istifadə edilməsini qadağan edir.

Paylaş
Burada sizin reklamınız ola bilər